İyn
2019
01:04
93
326
1421
Virtual karabakh

Polad Bülbüloğlu Rusiyanın “Milli əzəmət” mükafatına layiq görülüb

 Mayın 31-də İttifaqlar Evində keçirilən mükafatlandırma mərasimində Rusiyanın və MDB ölkələrinin tanınmış ictimai və mədəniyyət xadimləri, siyasətçilər iştirak ediblər.

“Vestnik Kafkaza” xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, məşhur bəstəkar və müğənni Polad Bülbüloğlu Rusiyanın “Milli əzəmət” ictimai mükafatının “Şərəf və ləyaqət” nominasiyası üzrə laureatı adına layiq görülüb.

Polad Bülbüloğlu mükafatlandırma mərasimində çıxış edərək, verilən yüksək qiymətə görə təşəkkürünü bildirib:

“Bu ictimai mükafat Azərbaycan ilə Rusiya arasında mehriban dostluq əlaqələrinin daha bir təzahürüdür.  Xalqlarımız bir ölkədə yaşamış, birlikdə faşizmə qalib gəlmişdilər. Ən vacibi odur ki, bu, vətəndaş cəmiyyətinin mükafatıdır. Bu mükafatlar da, dövlət mükafatları kimi, mənim üçün çox dəyərlidir. Bu mənə verilən dəyərin təzahürüdür, fürsətdən istifadə edib təşkilatçılara təşəkkürümü bildirirəm”.

“Milli əzəmət” ictimai mükafatı 2005-ci ildə təsis edilib. Müxtəlif illərdə bu mükata qrossmeyster Anatoli Karpov, bəstəkar Aleksandra Paxmutova, rejissor Eldar Ryazanov və başqaları layiq görülüblər. Bu il mükafat alanlar arasında SSRİ Xalq artisti Vasili Lanovoy, Özbəkistanın Xalq artisti, “Yalla” ansanblının rəhbəri Fərrux Zakirov və başqaları da var idi.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri