İyn
2019
02:27
124
29
2469
Virtual karabakh

Lənkəranda böyük teatr bayramı - FOTO

3 İyn, 2019
02:27
2469

Lənkəranda böyük teatr bayramı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Lənkəran Beynəlxalq Teatr Festivalının açılışı olub.

Oxu.Az xəbər verir ki, festivalda həm yerli, həm də xarici olmaqla 15 teatrın kollektivi iştirak edir.

Açılış mərasimində çıxış edən Azərbaycan Teatr Xadimləri İdarə Heyətinin sədri Azərpaşa Nemətov festivalda iştiak edən teatr kolletivlərini təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb. Azərbaycanda Beynəlxalq Teatr Festivallarının keçirilməsinin ənənə halını aldığını vurğulayıb. Lənkəranda keçirilən Beynəlxaq Teatr Festivalının əsl sənət bayramına çevriləcəyinə əminliyini ifadə edib.

Lənkəran Dövlət Dram Teatrında start götürən festivala ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax, Salyan və Gəncə Dövlət Kukla Teatrları, Şuşa Dövlət Musiqili Dram Teatrı, Lənkəran və Şəki Dövlət Dram Teatrları, Bakı Uşaq Teatrı və müstəqil “Ol” Teatrı öz tamaşaları ilə qatılıblar.

Beynəlxalq festivalda həmçinin, Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri də iştirak edirlər.

Festival günlərində teatr truppaları təqdim olunacaq tamaşalara baxmaqla yanaşı, bir-biri ilə sənət mübadiləsi edəcək, Lənkəranın gəzməli-görməli məkanları ilə tanış olacaqlar.

Qeyd edək ki, Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı iyunun 5-dək davam edəcək.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri