İyn
2019
01:10
50
117
6343
Virtual karabakh

Əməkdar artist sevənlərinə “Eşq bir sirrdir”i anlatdı - FOTO

6 İyn, 2019
01:10
6343

Əməkdar artist sevənlərinə “Eşq bir sirrdir”i anlatdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

5 iyun tarixində Heydər Əliyev adına Respublika Sarayında tanınmış xanəndə, Əməkdar artist Nuriyyə Hüseynovanın “Eşqbir sirrdir” adlı sənət gecəsi-solo konserti keçirilib.

Oxu.Az xəbər verir ki, konsert Əməkdar artistə həsr olunmuş qısa filmin nümayişi ilə başlayıb. 

Filmdə N. Hüseynovanın öz dilindən onun sənət, yaradıcılıq və həyat yolundan bəhs edilib. 

Sonra iki hissədən ibarət olan konsertin birinci hissəsində N.Hüseynovanın ifasında Azərbaycan muğam və təsnifləri, xalq mahnıları səsləndirilib.

Müğənninin ifası dəfələrlə alqışlarla müşaiyət olunub. Konsertin ikinci hissəsi Azərbaycan və türk bəstəkarlarının manhılarının, o cümlədən, müğənninin özünün və sənət yolunun davamçısı-qızı Çilənayın bəstələdiyi mahnıların səsləndirilməsindən ibatət olub.

Belə ki, ikinci hissənin əvvəlində müğənninin qızı Çilənay sözləri Tağı Əhmədova, bəstəsi isə özünə aid olan iki manhnısını ifa edib və ifası alqışlarla qarşılanıb. Sonra yenidən səhnəyə qayıdan N. Hüseynova konsert proqarmının-sənət gecəsinin adını verdiyi “Eşq bir sirrdir”  mahnısı ilə ikinci hissəni davam etdirib.Həmçinin, qeyd edib ki, mahnının sözləri şair Nizami Muradoğluna, bəstəsi isə qızına məxsudur.

“Bu mahnı ifa edildiydi gündən bəyənildi, böyük uğur qazandı. Məhz bu mahnıya görə məni ABŞ-a, Kanadaya, qardaş Türkiyəyə konsertlərə dəvət etdilər. İnanıram ki, bu gecənin qonaqları, izləyiciləri də bu mahnını bəyənəcəklər və bəyəndilər”-deyə, o, əlavə edib.

Xanım müğənni sonra “O sənli günlərim”, “Yandım, elə yandım”, “Olmaz, olmaz” “Sil baştan”, “Uzun, incə bir yoldayım” mahnısını və digər manıları ifa edib. N.Hüseynova konserti dahi Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlının Azərbaycanın üçrəngli bayrağına həsr etdiyi şeirinə yazılan manhı ilə bağlayıb. Tamaşaçılar bu mahnını ayaq üstə və alqış sədaları altında dinləyiblər.

Qeyd edək ki, konsert proqarmına qatılanlar arasında müğənninin sənət həmkarları da olub.  Onlardan Xalq artistləri Arif Babayevi, Teyyub Aslanı, Möhlət Müslümovu, Əməkdar artistlər Aybəniz Haşımovanı, Gülüstan Əliyevanı, tanınmış saz ifaçısı Almaz Kosayevanı və digərlərini qeyd etmək olar.

Xalq artisti, professor Arif Babayev söz alaraq, gecə və müğənni haqqında fikirlərini söyləyib:

“Çox gözəl bir gecədir, əsl sənət, yaradıcılıq gecəsidir. Ozü də çox əlamətdar haldır ki, konsert gözəl günlərdən, bayramlardan birinə-Ramazan bayramına təsadüf edir. Bunun özü də yaxşlığa bir əlamətdir.

Nuriyyə xanım mənim tələbələrimdən olub. Çox istedadlı, çox işgüzar, çox gözəl sənətçidir. Bir müəllimi, az da olsa, üzərində əməyi olan bir insan kimi deyərdim ki, Nuriyyə xanımın sənəti, uğurları məni sevindirir.

Ona növbəti  uğurlar, can sağlığı, xoşbəxtlik arzulayıram”.

Müğənni öz növbəsində gecədə iştirak etdiyinə, onun haqqında yüksək sözlərinə görə A. Babayevə, o cümlədən, konsertin baş tutmasına dəstək verdikləri üçün Mədəniyyət Nazirliyinə, mədəniyyət nazirinə və Sarayın rəhbərliyinə minnətdarlığını ifadə edib.

“Bəlkə də mən burada, bu Sarayda ən çox güzəştə gedilən müğənniyəm. Çünki bu gecəni, bu konserti onların köməyi və dəstəyi ilə ərsəyə gətirdim. Çünki mənim, bu komsertin sponsoru yox idi. Bəzən 5 min, 10 min insanı bir zala, konsertə yığmaq olar, amma o məcburi xarakter daşıdığı üçün, uğurlu alınmaya bilər.

Amma bəzən də 5-10 nəfər konsertə, sənət gecəsinə könüllü gələ bilər. Bax, bu, əsl sənət gecəsidir, sənətə əsl münasibətdir. Mən bu mövqedən yanaşıram.

Odur ki, mənə, sənətimə dəyər verib, bu gecəyə gələn hər bir kəsə, mənə dəstək olan hər bir insana öz minnətdarlığımı, təşəkkürlərimi bildirirəm”- deyə, N. Hüseynova sonda bildirib.

Kamil Həmzəoğlu

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri