13 
İyn
2019
07:45
67
45
2256
Virtual karabakh

Olimpiya stadionunda ən mahir rəqqaslar pul mükafatı qazandı

13 İyn, 2019
07:45
2256

Olimpiya stadionunda ən mahir rəqqaslar pul mükafatı qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Olimpiya Stadionunda “Break dance & Hip-Hop” rəqsləri üzrə “Caspian Style Jam” müsabiqəsi keçirilib.

Trend xəbər verir ki, yarışma iki yaş kateqoriyasında keçirilib.

Hip-hop üzrə yarışmaya kiçik yaş kateqoriyasında 30 iştirakçı qatılıb. “Harmony Dance Studio” tələbəsi “Kamkilla” “battle”ın qalibi olub və 200 manat pul mükafatı qazanıb. Eyni mükafatı “Bgirl Rumeysa” “break dance” növündə qazanıb.

“Break dance” üzrə böyük yaş kateqoriyasında birinci yerin sahibləri Fərman Lazımova (Bboy Button), “Hip-hop” üzrə isə Ramil Məmmədli (Rayman) olublar. Hər iki qalib sertifikat və 500 manat pul mükafatı qazanıb.

Yarışmanın keçirilməsində məqsəd Break Dance və Hip-Hop mədəniyyətinin daim inkişaf etdirilməsi, bu rəqslərlə məşğul olan bacarıqlı gənclərin üzə çıxarılması olub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri