28 
İyn
2019
20:53
243
39
3695
Virtual karabakh

Bərdənin turizm potensialı: qədim paytaxt, 700 illik türbə - VİDEO

28 İyn, 2019
20:53
3695

Bərdənin turizm potensialı: qədim paytaxt, 700 illik türbə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə Azərbaycanın turizm potensialı olan bölgələrindən biridir.

Bərdənin qədim şəhər kimi əzəmətini təcəssüm etdirən abidələr bu məkanın tarixinin aynasına çevrilərək, turizm baxımından da xeyli önəm daşıyır.

Təmir və bərpası bu yaxınlarda başa çatdırılan Bərdə türbəsi də rayonun tarixi mədəni irsinin zənginliyindən xəbər verir.

1322-ci ildə inşa olunan türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəni o dövr üçün xarakterik olan sərdabə təşkil edir. Türbənin ətrafında daha qədim tarixə malik Torpaqqala adlı müdafiə divarları mövcuddur.

Şəhərin qədim və zəngin mədəniyyətini təcəssüm etdirən tarixi irsin bir hissəsi Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Turistlər bu muzeydə şəhərin tarixi, inkişafı, əhalinin məşğuliyyəti, yadellilərin basqınları haqqında geniş məlumat ala bilərlər.

Ötən il Bərdənin də daxil olduğu Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Beş dövrün beş paytaxtı” adlı turizm marşrutunun təqdimatı keçirildi. Bu turizm marşrutuna tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində yaranmış dövlətlərin paytaxtı olmuş Bakı, Gəncə, Bərdə, Qəbələ və Şamaxı şəhərləri daxildir.

Rayona gələn turistlər Bərdənin timsalında həm də son illərdə Azərbaycan bölgələrinin müasir inkişafının şahidi olurlar.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi bölgənin mədəni və turistik imkanlarını da artırır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri