İyl
2019
19:49
136
47
8713
Virtual karabakh

Əfsanəvi Babil şəhəri haqqında qərar verildi

5 İyl, 2019
19:49
8713

Əfsanəvi Babil şəhəri haqqında qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda İraq ərazisində yer alan tarixi Babil şəhərinin qalıqları Dünya İrs Siyahısına daxil edilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu barədə Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasında qərar qəbul olunub.

Öncə Babil qalasının birbaşa Təhlükədə olan abidələr siyahısına salınması təklif edilib. 1050 hektar ərazini əhatə edən Babil abidəsinin yaxınlığında illər əvvəl hərbi bazanın yerləşdiyi nəzərə alınaraq Babil qalasının konservasiya işlərini qaydaya salmaq üçün İraq hökumətinə beş il vaxt vermək təklif edilib.

Ərazinin 80 faizinin hələ də torpaq altında olduğu da diqqətə çatdırılıb. Abidənin dünya əhəmiyyətli olması nəzərə alınaraq burada İraq hökuməti ilə beynəlxalq təşkilatların da birgə çalışması, bufer zonasının hüdudlarının yenidən nəzərdən keçirilməsi tövsiyə edilib.

Qərar layihəsi təkliflər nəzərə alınmaqla təsdiq edilib.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının bügünkü müzakirələrində Burkina Fasonun təqdim etdiyi qədim polad metallurgiya abidələri də Dünya İrs Siyahısına qəbul olunub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri