İyl
2019
12:22
227
153
11329
Virtual karabakh

Prezidentdən daha bir Xalq artistinə mənzil hədiyyəsi

8 İyl, 2019
12:22
11329

Prezidentdən daha bir Xalq artistinə mənzil hədiyyəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Heydər Anatolluya ev bağışlayıb. 

Bu barədə H.Anatollu Oxu.Az-ın əməkdaşı ilə söhbətində bildirib. 

Mərhum müğənni Anatollu Qəniyevin oğlu deyib ki, Bakı Şəhəri İcra Hakimiyyətindən zəng vuraraq cənab Prezidentin ona mənzil hədiyyə etdiyini bildiriblər:

“Artıq evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni Yasamal ərazisində yerləşir.

Cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir”. 

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Xalq artisti Məmmədsəfa Qasımova, Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri