10 
İyl
2019
19:38
163
42
3937
Virtual karabakh

Prezident tanınmış rejissoru təltif etdi

10 İyl, 2019
19:38
3937

Prezident tanınmış rejissoru təltif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Mərahim Fərzəli oğlu Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

AZƏRTAC-ın xəbərinə görə, tanınmış rejissor Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, M.Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib, əsasən rejissor sənətinə maraq göstərib. Leninqradda (indiki Sankt-Peterburq şəhəri) Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970-1975) seçdiyi ixtisasın incəliklərini öyrənib.

İnstitutda təhsilini başa vurandan sonra təyinatı Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına verilib. iki il bu teatrda quruluşçu rejissor işləyib (16 noyabr 1975 - 18 avqust 1977).

Sonra Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1 noyabr 1977 - 9 mart 1981) işləyib. Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına rejissor təyin olunub (9 mart 1981). Burada əsasən çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib.

Teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, rejissorluqda qazandığı nailiyyətlərə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 28 oktyabr 2000-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

12 yanvar 2006-cı ildə Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. 12 may 2010-cu ildə öz xahişi ilə teatrın baş rejissoru vəzifəsindən azad edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri