13 
İyl
2019
19:51
138
42
5702
Virtual karabakh

“Əyri piramida” ziyarətə açıldı

13 İyl, 2019
19:51
5702

“Əyri piramida” ziyarətə açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Firon Snefru tərəfindən inşa olunmuş “Əyri piramida” turistlər üçün ziyarətə açılıb.

“RİA Novosti” xəbər verir ki, tarixinə görə Misirin ən qədim ikinci piramidası hesab olunan tikili restavrasiya və ətrafının təmizlənməsi prosesindən sonra ilk olaraq diplomatların iştirakı ilə ziyarət edilib.

Rəsmi açılışdan sonra keçmişə səyahət o qədər də asan olmayıb. Qədim tarixdə tikilmiş pilləkənlərlə yüz metr yüksəkliyindəki sərt yoxuşu qalxmağa heç də hamının gücü çatmayıb. Buna baxmayaraq, ikinci qrup ziyarətçilərdən bir neçəsi abidənin ən dərinliklərinə qədər düşməyi bacarıb.

Artıq təkcə diplomatlar və jurnalistlər deyil, istənilən şəxs ehramın içində gəzintiyə çıxa bilər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri