19 
İyl
2019
14:55
122
20
1132
Virtual karabakh

Fəxri konsul: Almanlar Azərbaycan bəstəkarlarının əsərlərini dinləyəcək

Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafı üçün müxtəlif sahələrdə tədbirlər görülür. İki xalq arasında münasibətlərin qurulmasında musiqi və incəsənət nümunələrinin xüsusi rolu var.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, Almaniyadakı Azərbaycan kamera orkestrində, xüsusilə azərbaycanlı peşəkarlar yer alır:

“Orkestrin heyətində başqa millətdən olan peşəkarların sayı azdır. Bir türk və bir Qazaxıstandan olan musiqiçilər var. Orkestr fəaliyyəti zamanı dünya şöhrətli bəstəkarlardan Vivaldi və digər məşhurların, eləcə də tanınmış Azərbaycan bəstəkarlarının əsərlərini də ifa edəcək. Fikrimcə, Azərbaycanda da bu layihənin gerçəkləşdirilməsinə maraq böyükdür.

Bu ideya barədə yanvar ayında Azərbaycana gələndə Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsində həmkarlarla bölüşmüşdüm. Düşünürəm ki, onların dəstəyi olmadan bu gözəl layihəni gerçəkləşdirə bilməzdik”.

O.Hauzer qeyd edib ki, bu gün Almaniyada Azərbaycan musiqisinin eşidilməsi orada yaşayan azərbaycanlıları da sevindirir:

“Mənə tez-tez Azərbaycan musiqisinin təbliği ilə bağlı suallar verilirdi. Nəhayət ki, bu layihəmiz gerçəkləşdi. 80 milyondan çox insanın yaşadığı Almaniyada klassik musiqiyə maraq həddindən artıq çoxdur. Biz bu orkestrə güvənirik.

Çox yaxın zamanlarda azərbaycanlı musiqiçilərdən ibarət orkestr Berlində keçirilən bir çox rəsmi tədbirlərdə, böyük səhnələrdə çıxışlar edəcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri