Avq
2019
02:55
111
20
3467
Virtual karabakh

Elem Klimovun “Get və bax” filmi müharibə mövzusunda ən yaxşı film seçilib

8 Avq, 2019
02:55
3467

Elem Klimovun “Get və bax” filmi müharibə mövzusunda ən yaxşı film seçilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Screen Rant portalının mütəxəssisləri müharibə mövzusunda ən yaxşı filmlərin reytinqini tərtib ediblər.

Kulturomania” saytı yazır ki, reytinqin hazırlanması İkinci dünya müharibəsinin başlanmasının 80 illiyinə həsr olunub.

Siyahıya döyüş səhnələrini əks etdirən filmlərlə yanaşı müharibə şəraitində sadə insanların yaşayışını göstərən kinolentlər də daxil olunub.

Elem Klimovun “Get və bax” filmi reytinqin başında yerləşdirilib. İkinci yerdə İsao Taxatanın “İşıldaquşların qəbri” animasiya filmi yerləşdirilib. Andrey Tarkovskinin “İvanın uşaqlığı” filmi üçüncü yerə layiq görülüb.

TOP-10-ğa həmçinin “Şindlerin siyahısı”, “Pianoçu”, “Sıravi Rayanı xilas etmək”, “Şərəfsiz alçaqlar” və digər məşhur filmlər daxil edilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri