20 
Avq
2019
18:26
171
26
3148
Virtual karabakh

Azərbaycanlı aktyor beynəlxalq mükafata layiq görüldü

20 Avq, 2019
18:26
3148

Azərbaycanlı aktyor beynəlxalq mükafata layiq görüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kineşma şəhərində keçirilən Birinci Beynəlxalq kamera teatrları formatında "Ostrovski-FEST" festivalının tamaşalarına dörd mindən çox tamaşaçı baxıb.

Azərbaycan Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, beş gün davam edən festivalda dünyanın yeddi ölkəsindən gəlmiş teatr kollektivləri 11 tamaşa təqdim ediblər. Festivalın proqramına artıq beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülmüş ən yaxşı quruluşlarda səhnə əsərləri daxil edilib.

Festivalın yekunlarına dair səsvermənin nəticələrinə görə, tamaşaçı rəğbəti mükafatı Azərbaycanın və Kalmıkiyanın Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynova verilib. O, bu mükafata "Kontrabas" tamaşasına və A.Ostrovski adına Kineşma Dram Teatrında "Məhəbbət məktubları" səhnə əsərinin quruluşuna görə layiq görülüb.

Festivalın bağlanış mərasimində Rusiyanın Xalq artisti Yevgeni Knyazevin ifasında A.Puşkinin "Qaratoxmaq qadın" monotamaşası göstərilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri