27 
Avq
2019
16:25
33
130
3558
Virtual karabakh

Azərbaycan "Yeni Dalğa"da: Aisel doqquzuncu yerə yüksəlib

27 Avq, 2019
16:25
3558

Azərbaycan "Yeni Dalğa"da: Aisel doqquzuncu yerə yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Soçi şəhərində 18-ci dəfə təşkil olunan gənc pop müğənnilərinin illik "Yeni dalğa" beynəlxalq müsabiqəsi davam edir.

Oxu.Az xəbər verir ki, Azərbaycan "Yeni dalğa"da artıq dördüncü dəfədir iştirak edir.

Nüfuzlu yarışmada ölkəni "Eurovision 2018" mahnı müsabiqəsində təmsil etmiş Aisel təmsil edir.

Yarışmanın budəfəki ilk musiqi mövzusu 2019-cu ilin aprelində 70 illik yubileyini qeyd etmiş rusiyalı müğənni Alla Puqaçovanın ifa etdiyi əsərlər olub.

"Yeni Dalğa-2019"da Aisel A.Puqaçovanın hitlərindən biri olan "Məni yanına çağır" ("Позови меня с собой") mahnısını ifa edib.

Peşəkar münsiflər heyətinin səsverməsinə əsasən, yarışmanın ilk günü Aisel 78 bal toplayaraq 13-cü yerdən doqquzuncu yerə yüksəlib.

"Yeni Dalğa 2019" mahnı yarışması çərçivəsində "Sizin Moda Jurnalı" nəşri bu dəfə ilin ən dəbli iştirakçısını seçir. Aisel də qələbə üçün irəli sürülən namizədlər arasındadır. 

Qeyd edək ki, müxtəlif illərdə Azərbaycanı "Yeni Dalğa" müsabiqəsində "Milk & Kisses" qrupu (Dilarə Kazımova və Fəridə Nelson), Çingiz Mustafayev və Emil Kadırov təmsil ediblər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri