31 
Avq
2019
02:47
19
89
3601
Virtual karabakh

İosif Kobzonun xanımı: ərimi əvvəllər sevmirdim

31 Avq, 2019
02:47
3601

İosif Kobzonun xanımı: ərimi əvvəllər sevmirdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni İosif Kobzonun həyat yoldaşı Nelli toyları olan dövrdə ərini sevmədiyini etiraf edib.

Onun sözlərinə əsasən, ərinə alışmaq üçün ona müəyyən vaxt lazım olub, bunu “Rambler” yazır.

“Ümumi tanışlarımızın qonaqlığında tanış olduq. Üç gün sonar İosif məni Sülh prospektindəki evinə, anasının yanına çağırdı və evlənməyi təklif etdi. Mən köhnə adətlərlə tərbiyə almışdım və təklifi qəbul etmədiyimi dedim”, - deyə Nelli bildirib.

Bir neçə ay sonra Kobzon Leninqrada, Nellinin ailəsinə qonaq gedir və çiçək dəstəsi aparır. Onların növbəti görüşü üç ay sonra Soçidə baş tutur. Bu görüşdən sonra İosif və Nelli görüşməyə başlayır.

“Biz görüşməyə başlayanda mən onun təklifini qəbul etdim. Amma onu toydan sonra tanımağa başladım. Hər il ötdükcə ona hörmətim artırdı”, - deyə Nelli qeyd edib.

Qeyd edək ki, Kobzon 2018-ci ildə avqustun 30-da vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri