Sen
2019
17:40
276
38
3171
Virtual karabakh

Əminə Dilbazinin yubileyi keçiriləcək

4 Sen, 2019
17:40
3171

Əminə Dilbazinin yubileyi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi tamam olur.

Prezident İlham Əliyev Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Əminə Dilbazinin anadan olmasının 100-cü ildönümünün qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamla Mədəniyyət Nazirliyinə Ə.Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri