Sen
2019
13:17
145
24
3528
Virtual karabakh

İstanbulda Xalq rəssamı Sakit Məmmədovun sərgisi açılıb - VİDEO

5 Sen, 2019
13:17
3528

İstanbulda Xalq rəssamı Sakit Məmmədovun sərgisi açılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda Memar Sinan Gözəl Sənətlər Universitetinin Tophane-i-Amire Mədəniyyət və Sənət Mərkəzində Azərbaycanın Xalq rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, professor Sakit Məmmədovun "Opalizm" mövzusunda rəsm sərgisi açılıb.

"Report" xəbər verir ki, Britaniya Kraliçası ll Elizabetin sənətinə böyük dəyər verdiyi dünya şöhrətli fırça ustasının sərgisi "SOCAR Türkiye Enerji" şirkətinin maddi dəstəyi və Murad Pilevnelinin koordinatorluğu ilə baş tutub.

Sərginin açılışında hər iki ölkədən olan dövlət və hökumət nümayəndələri, "SOCAR Türkiye Enerji"nin İdarə Heyətinin rəhbəri Vaqif Əliyev, şirkətin Baş direktoru Zaur Qəhrəmanov, şirkətin xarici əlaqələr üzrə direktoru Murat Lekomte, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, konsulluğun əməkdaşları, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyədə fəaliyyət göstərən rəsmi korpusların nümayəndələri, elm və incəsənət xadimləri iştirak ediblər.

Sərgidə “Opalizm” üslubunun banisi olan məşhur rəssamın 160-dan çox əsəri nümayiş olunur. 

Rəssamın həm pastel, həm də yağlı boya ilə çəkilən "On dörd gözəl", "Yozulmamış yuxular", "Qırx üç otağın açarı" kimi məşhur əsərləri sərgiyə çıxarılıb.

S.Məmmədov sərgisinin Tükiyənin məşhur incəsənət xadimi olan Memar Sinanın ərsəyə gətirdiyi sənət mərkəzində keçirilməsinin onun üçün böyük qürur olduğunu deyib:

"Mənim üçün çox dəyərli şəxsiyyət olan Memar Sinanın ruhunun bu gün şad olduğunu hiss edirəm".

Sərgidə daha çox xanım portretlərinin nümayiş olunduğunu deyən rəssam fəlsəfi mövzularda hazırlanan rəsm əsərlərinin də sənətsevərlər tərəfindən böyük maraqla qarşılandığını bildirib.

S.Məmmədov əsərlərində insanlara xoş və gözəl mesajlar ötürdüyünü deyib:

"Onsuz da insanların problemləri çoxdur. Ona görə də tablolarımda daha çox insan ruhunu oxşayan rənglərə və mövzulara toxunuram".

Sərgi sentyabrın 5-dən etibarən bir ay müddətində nümayiş olunacaq. 

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri