Sen
2019
21:20
107
47
2400
Virtual karabakh

Azərbaycanın etno-caz qrupu beynəlxalq festivalda iştirak etdi - FOTO

5 Sen, 2019
21:20
2400

Azərbaycanın etno-caz qrupu beynəlxalq festivalda iştirak etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi muzeyində 4-cü dəfə "Dünya musiqiləri - 2019" etnik festivalı (10-11 avqust) keçirilib.

Festival Moskva və Sankt-Peterburq şəhərləri ilə yanaşı, Rusiyanın digər regionlarından və müxtəlif ölkələrdən ən yaxşı musiqiçiləri bir araya gətirir. Tədbirin proqramı etno-rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir. Festival həmçinin müxtəlif xalqların rəqs, poeziya və tətbiqi-dekorativ sənətini də əks etdirir.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, festivalda ölkəmizi Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" etno-caz qrupu təmsil edib. Musiqi qrupunun tərkibinə Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano) və Əminə Kaykun (vokal) daxildir.

Festival haqqında təəssüratlarını bölüşən Xalq artisti Mircavad Cəfərov azərbaycanlı musiqiçilərin tədbirin açılış günündə səhnəyə çıxdıqlarını deyib: "Rusiyada bizi hər zaman böyük sevgi ilə qarşılayıblar. 90-cı illərdən mütəmadi olaraq bu ölkədə müxtəlif tədbir və festivallarda iştirak etmişik və həmişə də eyni istiliklə qarşılanmışıq. Kollektivimizin səmimi münasibətinin əsas səbəblərindən biri də məhz caz-muğam janrında çıxışlarımızdır. Bu unikal sintez vasitəsilə musiqimizin bütün zənginliyini nümayiş etdirmiş oluruq. Festivalda bu dəfə də "Cəngi" öz mahir ifası ilə tamaşaçıları heyran etdi. Güclü alqışlar və minnətdarlıq sədaları ilə yekunlaşan konsertimizə rəhbərlik edən texniki heyət də bizə gözəl musiqimizə görə təşəkkür etdi. Bu da bir daha musiqinin xalqları birləşdirməsinin gözəl nümunəsi idi".

Qeyd edək ki, Mircavad Cəfərov "Dünya musiqiləri - 2019" festivalı çərçivəsində 150 nəfərlik auditoriya qarşısında ustad dərsləri də keçib. Ustad dərslərində Azərbaycan milli musiqi alətlərindən bəhs edilib.

"Cəngi" etno-caz qrupunun Rusiyaya növbəti səfəri oktyabr ayında reallaşacaq. Kollektiv bu dəfə Həştərxanda keçiriləcək Beynəlxalq Caz Festivalında ölkəmizi təmsil edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri