Sen
2019
23:20
47
31
3605
Virtual karabakh

Venesiya kinofestivalının əsas mükafatları onlara verildi - FOTO

7 Sen, 2019
23:20
3605

Venesiya kinofestivalının əsas mükafatları onlara verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 76-cı Beynəlxalq Venesiya Kinofestivalının mükafatlandırma mərasimi keçirilib. 

"Ria Novosti"nin verdiyi xəbərə görə, festivalın əsas mükafatına rejissor Roman Polanskinin "Zabit və casus" filmi layiq görülüb. 

Film məşhur "Dreyfus məsələsi"ndən bəhs edir. Tarixi dram janrında çəkilmiş ekran əsərində əsas rolları Jan Düjarden, Lui Qarrel, Emmanuel Senye ifa edirlər.

Proficinema xəbər verir ki, "Qızıl Şir" isə rejissor Todd Filipsin "Coker" filminə qismət olub.

Arian Askarid ən yaxşı aktrisa, Luka Marinelli ən yaxşı aktyor nominasiyasının qalibi olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri