17 
Sen
2019
19:44
109
47
5178
Virtual karabakh

Əşrəf Heybətov: Malta Abşerona çox bənzəyir

17 Sen, 2019
19:44
5178

Əşrəf Heybətov: Malta Abşerona çox bənzəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UNESCO Rəssamlar Federasiyasının üzvü, 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş, 2018-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülmüş Əşrəf Heybətovun Baku TV-yə müsahibəsini təqdim edirik.
 
- Titullarınız kifayət qədərdir.  Sizə bu titullarla müraciət edəndə xoşunuza gəlir? 
 
- Əlbəttə, bu, hər adam üçün xoş olar. Bu titulları mən öz zəhmətimlə qazanmışam. 
 
- Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmisiniz. Xəbəri eşidəndə təəssüratınız necə oldu?
 
- Çox sevindim. Həm azərbaycanlı, həm də bir rəssam kimi Azərbaycanı Almaniyada təbliğ etmək mənim borcumdur.
 
- Hazırda realist peyzaj ilə məşğul olursunuz. Bunların arasında heç unutmadığınız ölkə, şəhər peyzajı olub? Hansı mənzərəni tez-tez xatırlayırsınız?
 
- Mənim üçün ən əziz olan Abşeron, Bakı, bir sözlə vətənim Azərbaycanın təbiətidir. Mən Maltada sərgidə olarkən oranın Abşerona çox bənzədiyini gördüm. Yəni ora mənə Abşeronu xatırlatdı. Həmçinin Mərakeşdə və Tunisdə olarkən də bu bənzərliyi sezdim. 
 
- Elə bir ölkə və ya şəhər varmı orada sərgi keçirməyi arzulayırsınız?
 
- Yerusəlim. Biz bir ay İsraildə olarkən demək olar ki, bütün ölkəni gəzdim. İsraillə bağlı sərgi keçirdim. İstərdim, Yerusəlimdə də sərgi açım. Orada Azərbaycan rəssamlarının sərgisi olmayıb. İstəyirəm ki, bizim rəssamların olmadığı yerlərdə Azərbaycan sənətini təqdim edim. 
 
- Bir rəssam kimi, yəqin ki, qəhrəmanlarınızı müşahidə apararaq seçirsiniz. Hər dəfə ölkəyə gələrkən buradakı insanlarda hansı dəyişiklik hiss edirsiniz? 
 
- Çox maraqlı sualdır. Doğrusu, cavab vermək çətindir. Amma mənim üçün ən maraqlı, əziz olan insanlar bizim xalqımızın nümayəndələridir. 
 
- Əsərlərinizdə ən çox nəyə üstünlük verirsiniz?
 
- Canlı rənglərə, daha çox yaşıl rəngə üstünlük verirəm. Günəşin rəngi də insanlara pozitiv enerji verir. Həmişə Azərbaycana gələrkən çalışıram, rayonlara səfər edim. Orada görüşlər təşkil olunur, xalqla ünsiyyətdə oluram. Ana dilində danışıq qabiliyyətim zəif olsa da, çalışıram öz dilimdə danışıb, onu təkmilləşdirim. 5-6 dəfə rayonlarda yüksək səviyyəli görüşlərimiz oldu. İsmayıllı, Masallı, Şamaxı, Xızı və başqa rayonlarda görüşlər keçirmişəm. Bu il də Şəkiyə üz tutacağam. Ayın 5-də orada görüşümüz olacaq.
 
- Sərgilərinizdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva iştirak edir. Onların diqqətini çəkən xüsusi bəyəndikləri bir əsəriniz varmı?
 
- 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada sərgimin açılışında iştirak edib. Həmin ilin sentyabr ayında Almaniyadakı səfirliyimizdə mən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın portretini çəkərək hədiyyə etdim. Bu, rəsmi protokola daxil olundu. Mənə elə gəlir, həmin əsər onun çox xoşuna gəlib. Ölkəmizin başçısı İlham Əliyev, onun xanımı Mehriban Əliyeva məni Moskvadan tanıyırlar. Mənim Azərbaycanla bağlı sənət əsərlərimə, yaradıcılığıma yüksək qiymət verirlər. 
 
 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri