29 
Sen
2019
16:12
70
28
6204
Virtual karabakh

De Niro elə bil dəfələrlə botoks etdirib - Skorsezenin son filmi barədə rəylər - VİDEO

29 Sen, 2019
16:12
6204

De Niro elə bil dəfələrlə botoks etdirib - Skorsezenin son filmi barədə rəylər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rejissor Martin Skorsezenin Nyu-York festivalında təqdim olunmuş “İrlandiyalı” filminə tənqidçilər müsbət rəy veriblər. 

“Independent” yazır ki, 3,5 saatlıq ekran əsəri 160 milyon dollar büdcə ilə çəkilib. Filmdə Robert de Niro, Al Paçino və Co Peşi oynayıblar.

Skorseze qəhrəmanlarının xatirələrini ekranda canlandırmaq üçün aktyorları rəqəmsal texnologiya vasitəsilə cavanlaşdırıb. Bu səhnələr tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb:

“Bu kadrlarda De Niro elə görünür, sanki dəfələlə botoksdan istifadə edib”. 

Filmdə qadınların, demək olar ki, görünməməsi jurnalistlərin xoşuna gəlməyib.

Qalan məsələlərdə fim pozitiv fikirlərə səbəb olub: film, onun rejissoru və aktyorların ünvanına müxtəlif təriflər səslənib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri