22 
Okt
2019
05:10
166
26
2409
Virtual karabakh

Marneulidə azərbaycanlılar üçün konsert təşkil olundu - FOTO

22 Okt, 2019
05:10
2409

Marneulidə azərbaycanlılar üçün konsert təşkil olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən oktyabrın 21-də Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunub.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov konsertin təşkilinə göstərdiyi dəstəyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Tədbirdə Kvemo Kartli bölgəsinin qubernatoru, nazirlik və parlament nümayəndələri iştirak ediblər.

Azərbaycandan gəlmiş “Natiq ritm qrupu” və musiqiçilər maraqlı konsert proqramı nümayiş etdiriblər. Azərbaycanın xalq və bəstəkar mahnıları, milli musiqisi və saz havası yerli sakinlərdə xoş təəssürat yaradıb.

Tamaşaçılar “Sarı gəlin” xalq mahnısını, Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ayaq üstə alqışlayıblar.

Qeyd edək ki, konserti izləmək üçün paytaxt Tbilisi və Rustavi şəhərlərindən, eləcə də, qonşu Bolnisi, Qardabani, Dmanisi rayonlarından da xeyli sayda azərbaycanlı Marneuliyə gəlmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri