31 
Okt
2019
11:50
17
144
6955
Virtual karabakh

Tanınmış azərbaycanlı rejissor vəfat etdi

31 Okt, 2019
11:50
6955

Tanınmış azərbaycanlı rejissor vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış teatr rejissoru, Gəncə Dövlət Kukla teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov vəfat edib.

Oxu.Az xəbər verir ki, ürək çatışmazlığından əziyyət çəkən 73 yaşlı rejissor Türkiyədə həyata gözlərini yumub.

Qeyd edək ki, Hilal Həsənov 1943-cü ilin sentyabrın 10-da Gəncədə dünyaya gəlib. 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub.

1979-cu ildən 1986-cı ilə kimi Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, 1986-cı ildə Gəncə Dövlət Kukla Teatrını yaradaraq bu teatrın direktoru və baş rejissoru təyin olunub.

O, 1993-cü ildən Türkiyə Cümhuriyyətində rejissor olaraq fəaliyyət göstərirdi.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri