11 
Noy
2019
09:36
135
14
2211
Virtual karabakh

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu - FOTO

Noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, filmləri festivalın müsabiqə proqramında yarışan əcnəbi kinematoqrafçılar iştirak edib.

“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur.

Festivala həmçinin Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də dəstək göstərir.

10-cu açılışını edən kinoforuma bu il 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib. İlk dəfədir ki, bu qədər qısametrajlı filmi özündə cəlb edən festivalda seçim prosesi xüsusi diqqətdə saxlanılıb, komissiyanın üzvlərinin sayı artırılıb.

Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 21 ölkədən 48 film yarışıb.

Qaliblərə mükafatları Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, festivalın direktoru Fehruz Şamıyev, Beynəlxalq və Yerli münsiflər heyətinin üzvləri- İlqar Safat (Azərbaycan), Rezan Yaşılbaş (Türkiyə),  Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan), xalq artisti Vidadi Həsənov, DokuBaku Film Festivalının direktoru, rejissor İmam Həsənov təqdim edib.

Beləliklə, Beynəlxalq müsabiqənin “Qızıl nar” mükafatı “Ən yaxşı bədii film”nominasiyasında Kanada, Tunis, Qətər, İsveç istehsalı olan rejissor Məryam Cuborun “Qardaşlıq”, “Ən yaxşı sənədli film”- isveçli rejissor Henrik Dalbrinqin “Andın o tərəfi”, “Ən yaxşı animasiya filmi” çexiyalı rejissor Daria Kaşçivanın “Qız” filminə verilib.

Qeyd edək ki, Daria Kaşçiva həm də festivalın “Ən yaxşı animasiya rejissoru” olub. “Ən yaxşı sənədli film rejissoru” “Atamın oğlu” filminə görə israilli Hillel Reyt, “Ən yaxşı bədii film rejissoru” İvan Qriqolyunas “Klava Qraçyovanın üç günü” filmi ilə layiq görülüb.

Polşalı Anna Urbançikin “Sonuncu müştəri” və belçikalı Gespəğ Qraninin “Təxəyyül” bədii filmləri  “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb. Beynəlxalq proqramda yer alan yeganə Azərbaycan filmi olan “Son seçim”ə (Rejissor Amil Məmiyev) “Münsiflər heyətinin diplomu” verilib.

Daha iki film münsiflərdən diplom alıb. Bunlar Yelena Poroşinanın “Əsl bahadır” sənədli filmi, Marin Ceykobun “Bu gün yox” animasiyasıdır. “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatları isə Harun Baysanın “Akif”, Əminə Monşizadənin “Parivaş” animasiya filminı verilib.

İranlı rejissorlar Ramin Fərzani və Parisa Sədai Azərin “Ahıllar” bədii filmi ilə CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının regional layihəsi çərçivəsində nümayiş olunan Mariam Aqladzenin “Nanuli və Qogi” filmi “Tamaşaçı rəğbəti” diplomu ilə təltif edilib.

Yerli müsabiqənin “Qızıl nar” mükafatına “Ən yaxşı bədii film” üzrə Pərviz Həsənovun “Soraq”,  “Ən yaxşı sənədli film” üzrə Vüsal Hacıyevin “Küy simfoniyası”, “Ən yaxşı sosial çarx” üzrə Günel Qədirovanın “Qız oxusun”u layiq görülüb.  

“Ən yaxşı ssenari” nominasiyası üzrə qalib Türkan Zamanova (“Dan yeli”) olub. “Münsiflər heyətinin diplomları” “Bərə” (Kürçaylı Məmmədov), “Skat” (Səddam Mehdiyev), “İki ağac” (Ruslan İbrahimli)  animasiya filminə verilib. “Altsheymer” sosial çarxı (Gülnar Askeri və Pərviz Rəşad) “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı ilə təltif olunub.   

“Cinemobil” onlayn müsabiqənin qalibi isə Masər Həsənovun “Gizlənpaç” filmi olub.

Mərasimin sonunda Yerli müsabiqənin “Ən yaxşı bədii film” nominasiyasının qalibi olmuş “Soraq” filmi nümayiş olunub.

Qeyd edək ki, Festival bundan əvvəlki illərdə “Start” Beynəlxalq Qısa Filmlər Festivalı adı altında baş tutub. Beynəlxalq status daşıyan Festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Bu illər ərzində miqyasını xeyli genişləndirməyi bacaran kinoforum yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış edir, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaradır.

Bu ilki kinoforum çərçivəsində CineDOC-Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalının təqdimatında sənədli filmlər nümayiş olundu, türkiyəli rejissor Rezan Yaşılbaş, iranlı rejissor Kərim Əziminin iştirakı ilə “Beynəlxalq festivallara çıxış perspektivləri”  adlı müzakirə gənclər tərəfindən maraqla qarşılandı.

Qaliblərin siyahısını təqdim edirik:

Beynəlxalq müsabiqə

“Tamaşaçı rəğbəti” diplomu

 “Ahıllar” bədii filmi- Rejissorlar Ramin Fərzani və Parisa Sədai Azər.  İran.

“Nanuli və Qogi” filmi- Rejissor Mariam Aqladze . Gürcüstan.  CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının regional layihəsi çərçivəsində nümayiş olunan film.

“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatları

“Akif” bədii filmi -  Rejissor Harun Baysan. Türkiyə. 

“Parivaş” animasiya filmi- Əminə Monşizadə.  İran.

“Münsiflər heyətinin diplomu” 

“Əsl bahadır” sənədli filmi- Rejissor Yelena Poroşina. Rusiya, Estoniya.  

“Bu gün yox” animasiya filmi- Rejissor Marin Ceykob. Belçika

“Son seçim” bədii filmi- Rejissor Amil Məmiyev. Azərbaycan.

“Münsiflər heyətinin xüsusi mükafatı”

“Sonuncu müştəri” bədii filmi - rejissor Anna Urbançik. Polşa

“Təxəyyül” bədii filmi- Rejissor Gespəğ Qrani. Belçika. 

“Ən yaxşı animasiya filmi” və “Ən yaxşı animasiya rejissoru”

“Qız” filmi- rejissor Daria Kaşçiva. Çexiya

“Ən yaxşı sənədli film”

“Andın o tərəfi” filmi- Rejissor Henrik Dalbrinq. İsveç.

“Ən yaxşı sənədli film rejissoru”

Rejissor Hillel Reyt -  “Atamın oğlu” filmi - İsrail.

“Ən yaxşı bədii film rejissoru”

İvan Qriqolyunas - “Klava Qraçyovanın üç günü” filmi. Rusiya.

“Ən yaxşı bədii film”

“Qardaşlıq” filmi - Rejissor Məryam Cubor. Kanada, Tunis, Qətər, İsveç filmi.

Yerli müsabiqə

Münsiflər heyətinin diplomları

“Bərə” bədii filmi- Rejissor Kürçaylı Məmmədov

“Skat” bədii filmi- Rejissor Səddam Mehdiyev

 “İki ağac” animasiya filmi- Rejissor Ruslan İbrahimli

“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı

“Altsheymer” sosial çarxı- Müəlliflər Gülnar Askeri və Pərviz Rəşad. 

Ən yaxşı ssenari”

Türkan Zamanova - “Dan yeli” filminin ssenari müəllifi.

“Ən yaxşı sosial çarx”

“Qız oxusun”-  Rejissor  Günel Qədirova

“Ən yaxşı sənədli film”

 “Küy simfoniyası” - Rejissor Vüsal Hacıyev

“Ən yaxşı bədii film”

Soraq” filmi.  Rejissor  Pərviz Həsənov

“Cinemobil” onlayn müsabiqə

“Gizlənpaç” – Rejissor Masər Həsənov.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri