15 
Noy
2019
12:27
62
25
1779
Virtual karabakh

“Terminator” 4DX formatında

15 Noy, 2019
12:27
1779

“Terminator” 4DX formatında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elmi-fantastik “Terminator: Qara talelər” filmi kinoteatrlara Arnold Şvartsenegger və Linda Hemiltonu, həmçinin, T-800 və Sarrah Konnoru geri qaytarır.

Filmə baxanlar onu 4DX formatında da izləyə biləcək. Bu, onları daha çox qatil robotları izləməyə sövq edəcək. Çünki hərəkət edən kreslolar, duman, yağış və külək onlarla bərabər olacaq.

Tim Millerin filmində avtomobil təqibləri, paraşütlə tullanma, təyyarədə döyüş, davalar və terminatorla döyüş yer alır. Bu hərəkət dolu səhnələri daha da canlı edən isə 4DX formatıdır.

Bir avtomobil digərini qovarkən izləyici kreslonun maşın kimi hərəkətini hiss edəcək. Obrazlar islananda tamaşaçı da onunla birgə islanacaq. Keçmişə səyahət edən zaman isə elektrikvurmaya bənzəyən işıqlar ətrafa saçılacaq. 

Önəmli yerlərdən biri isə təyyarədə baş verən hadisələrdir. 4DX-lə hərəkət edən kreslolar, küləyin içəri girməsi ilə sizə uçurmuşsunuz kimi hiss verəcək. 

4DX formatındakı “Terminator: Qara talelər” baş verənləri real həyatda izləmək kinosevərlərə zövq verəcək. 

Film haqqında qısa məlumat: Sara Konnor əsl terminator ovçusudur. İndi isə gələcəkdəki qatil robotların məhvi ilə məşğuldur. Saranın əsas məqsədi onların Cona çata bilməməsidir. Lakin qəfil Dani Romos peyda olur. Əgər Romos sağ qalarsa, bəşəriyyət ölümdən xilas olacaq. Sara ilə mübarizəyə robot və insanın sintezi olan əsrarəngiz Qreys də qoşulur.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri