22 
Noy
2019
13:58
26
131
3166
Virtual karabakh

Pikassonun “Şlyapalı qadın”ı 6,9 milyon dollara satıldı - FOTO

22 Noy, 2019
13:58
3166

Pikassonun “Şlyapalı qadın”ı 6,9 milyon dollara satıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pablo Pikassonun 1941-ci ildə çəkdiyi “Şlyapalı qadın” əsəri Torontoda “Heffel Fine Art Auction House” hərracında 9,1 milyon Kanada dollarına (6,9 ABŞ dolları) satılıb.

TASS-ın məlumatına görə, bu barədə hərrac evinin saytında xəbər verilib.

Kətan üzərində yağlı boya ilə çəkilən əsərdə Pikassonun ilham pərisi  və sevgilisi Dora Maar təsvir olunub.

Qeyd edək ki, Pikassonun çəkdiyi rəsmlər dünyanın ən bahalı əsərlərindən hesab olunur. Onun “Əlcəzairli qadınlar” əsəri ötən il hərracda 179,4 milyon dollara satılmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri