22 
Noy
2019
21:59
147
22
4651
Virtual karabakh

Məşhur aktyor Edvar Norton dostu Di Kaprionun həyatını xilas edib

22 Noy, 2019
21:59
4651

Məşhur aktyor Edvar Norton dostu Di Kaprionun həyatını xilas edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Edvard Norton Hollivud ulduzu Leonardo di Kaprionu ölümdən xilas edib.

“RİA Novosti”nin məlumatına görə, məşhur aktyor bu barədə Conatan Rossun şousunda etiraf edib. Onun sözlərinə görə, hadisə 2010-cu ildə Qalapaqos adalarında film çəkilişi zamanı baş verib.

“Biz məşhur okeanoloq Silviya Erllə sualtı üzgüçülüklə məşğul idik. Mən Leonu çoxdan tanıyıram və canlılar aləminə qarşı həssaslığını bilirdim. Bizim yanımızdan xallı skatlar keçdikdə Leo onları çəkmək üçün dallarınca üzdü. Mən 16 yaşından dayvinqlə məşğulam, ona görə saata baxdıqda sahilə getməyin vaxtı olduğunu anladım. Mən onun yuxarı-aşağı hərəkət etdiyini gördüm – bu yaxşı əlamət deyildi. Leonun dalınca üzdüm, onun oksigeni demək olar ki, bitmişdi”.

Qeyd edək ki, bir neçə il əvvəl rejissor Fişer Stivens bu hadisəni xatırladaraq, Di Kaprionun oksigen sızmasından huşunu itirdiyini və dostunun sayəsində sağ qaldığını demişdi.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri