26 
Noy
2019
14:52
159
32
6181
Virtual karabakh

Türkiyəli aktrisa: Feyxoanı və “Küçələrə su səpmişəm” mahnısını çox sevdim - FOTO

26 Noy, 2019
14:52
6181

Türkiyəli aktrisa: Feyxoanı və “Küçələrə su səpmişəm” mahnısını çox sevdim - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kırgın çiçekler” serialında Kader obrazını canlandıran Naz Çağla Irmak paytaxtımızın qonağı olub.

Oxu.Az xəbər verir ki, sevilən gənc aktrisa Bakıda keçirilən V Türk Filmləri Həftəsi məqsədilə paytaxtımıza qonaq gəlib.

İlk dəfə Bakıya gəldiyini söyləyən gənc aktrisa bundan sonra şəhərimizə tətilə gəlmək istədiyini bildirib:

“Türk filmləri həftəsinə görə Bakıya gəlmişik. İlk dəfədir ki, Bakıya gəlirəm. Bakıda yaşamaq gözəldir. Çünki bura çox möhtəşəm şəhərdir. Əsas da tarixi binalar xoşuma gəldi. 

Azərbaycan mətbəxini çox sevdim. Ən çoxda feyxoa meyvəsini çox bəyəndim. Hətta İstanbula aparmaq üçün bir kilo feyxoa aldıq”.

Aktrisa Kader obrazına görə hər kəs tərəfindən sevildiyini və tanındığını etiraf edib:

“Bəzən serialda çəkdiyim acılara görə ağlayanlar olur. Onlar ağladığı zaman mən də pis oluram. Ümumiyyətlə, Kader çox çətin obraz idi. Onu oynamaq mənim üçün imtahan idi. Bu səbəbdən də serialda olmağı çox istədim.

Sizin musiqilər xoşuma gəlir. Mahnılarınızdan isə “Küçələrə su səpmişəm”i çox bəyənirəm”.

Bir ildir ekranlara fasilə verən Naz Çağla Irmak yeni sezondan etibarən serial təkliflərini dəyərləndirəcəyini açıqlayıb:

“Hazırda teatrda çalışıram. Serialla bağlı təkliflər yoxdur. Amma yeni sezonda yeniliklərin olması mümkündür.

Azərbaycanda bir filmdə oynamaq istəyərəm. Ümumiyyətlə, Bakının küçələri çox gözəldir. Burada bir film çəkmək olar. Mən də sevə-sevə həmin təklifi qəbul edərəm. Bu cür festivalların olması iki qardaş ölkə ilə ortaq işlərin olmasına şərait yarada bilər. Ümid edirəm ki, bu paytaxtınıza son gəlişim olmaz”.

Sevinc Yasinqızı  

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri