27 
Noy
2019
14:45
269
24
8997
Virtual karabakh

12 yaşlı azərbaycanlı Türkiyədə ilk rəsm sərgisini açdı - FOTO/VİDEO

27 Noy, 2019
14:45
8997

12 yaşlı azərbaycanlı Türkiyədə ilk rəsm sərgisini açdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik yaşlarından rəsmlə məşğul olan 12 yaşlı azərbaycanlı Mikayıl İmanov Türkiyədə ilk rəsm sərgisini açıb. 

Haber Global”ın məlumatına görə, İmanovun işləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. 

Gənc rəssamın 134 illik IŞIK məktəblərinin Muvaffaq Benderli foyesində keçirilən “Şəcərə ağacı” adlı şəxsi sərgisində mədəniyyət və incəsənət həvəskarları iştirak ediblər. Mikayıl bütün əsərlərini 10 və 11 yaşlarında tamamlayıb, 12 yaşında isə sərgi açaraq, 46 rəsmini təqdim edib. Kiçik yaşlarında rəssam kimi yaşıdlarına örnək olan Mikayıl İmanov təxəyyülünü kətan üzərində əks etdirərək, öz əsərlərini incəsənətsevərlərə çatdırıb. 

12 yaşında böyük uğur qazanıb... 

Mikayılın valideynləri azərbaycanlıdır. O, 2007-ci ilin 26 avqustunda Nyu-Yorkda anadan olub. İstedadı sayəsində İmanov Nyu-Yorkda yaşadıqları məhəllənin sevimlisi olub. Onun rəsm istedadı avtomobillərə olan marağı ilə başlayıb. 

Boş vaxtı olan Mikayıl rəsm çəkir və kitab oxumağı sevir. Ailəsinin dəstəyi ilə Mikayıl kiçik yaşlarından etibarən sərgiləri izləməyə başlayıb. 

ABŞ-da yaşayarkən valideynləri ilə hər həftə Nyu-Yorkun müasir incəsənət muzeyini ziyarət edib. Daha sonra İmanov Barselona İncəsənət Akademiyasına qəbul olunub və məktəbli kartı ilə təmin edilib. 

Mikayıla Florensiya İncəsənət Akademiyası tərəfindən təqaüd ayrılıb. Rəsm və oxumağa olan sevgisi onu komiks yazmağa ruhlandırdı.  

Arzusu rəssam və yazıçı olmaqdır...

Mikayıl İmanovun arzusu rəssam və yazıçı olmaqdır. Təbiətin bir parçası olan hər canlının ailəsinin də bir parçası olduğunu hiss edərək, yaşamaq və buna hörmət etməyin əhəmiyyətini vurğulamaq üçün portretlərinə “Şəcərə ağacı” adını verib.

M.İmanovun əl işləri ilə BURADAN tanış ola bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri