Dek
2019
00:23
11
63
3911
Virtual karabakh

Emiliya Klark “Game of Thrones”dakı son nitqini “cəhənnəm əzabı” adlandırdı - VİDEO

6 Dek, 2019
00:23
3911

Emiliya Klark “Game of Thrones”dakı son nitqini “cəhənnəm əzabı” adlandırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Game of Thrones” serialında Denayris Targariyen rolunu canlandıran Emiliya Klark son səhnənin onun üçün çox çətin olmasından danışıb.

Life.ru-nun məlumatına görə, bu barədə “NME” xəbər verib.

Klarkın personajı serial boyu uydurulmuş “dotrakya” dilində danışıb, ancaq aktrisanın sözlərinə görə, sonuncu monoloq onun üçün ən çətin səhnə olub.

“Bu sözlərin çox vacib olduğunu bilirdim və onları öyrənib, yadda saxlamaq üçün çox vaxt sərf etmişdim. “Game of Thrones” serialının bütün çəkiliş dövründə ilk dəfə mətni həqiqətən bu qədər yaxşı bilirdim”, - deyə Emiliya Klark vurğulayıb.

Aktrisa əlavə edib ki, uydurma dil onu çox yorub, bir növ “cəhənnəm əzabı” yaşadıb, amma möcüzəvi şəkildə bunun ödəsindən gələ bilib.

“Hamısı öz-özünə alındı”, - deyə Klark əlavə edib.

Qeyd edək ki, Amerika istehsalı olan fentezi və dram janrlı “Game of Thrones” teleserialı 2011-ci ildə HBO kanalında nümayişə başlayaraq 8 mövsüm davam edib. Başladığı andan böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başlayıb. Serial Corc Martinin fantastik əsəri olan “Buz və Alovun Nəğməsi”nin motivləri əsasında hazırlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri