Dek
2019
12:54
9
52
2435
Virtual karabakh

“Yandeks” ilin ən məşhur mahnılarını açıqladı

5 Dek, 2019
12:54
2435

“Yandeks” ilin ən məşhur mahnılarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yandeks.Muzıka” servisi 2019-cu ildə rusiyalı istifadəçilər arasında ən populyar mahnı və albomların onluğunu təqdim edib.

“Kommersant” xəbər verir ki, ilin seçilənləri amerikalı ifaçı Billi Ayliş və Belarusdan olan müğənni Tima Belorusskix olub.

Məlumata görə, Billi Aylişin “When we all fall asleep, where do we go?” albomuna səkkiz milyondan artıq istifadəçi qulaq asıb. Müğənninin “Bad guy” treki isə ən çox dinlənilənlər siyahısında üçlüyə daxil olub.

Öz növbəsində Tima Belorusskix yalnız ən populyar ifaçılar siyahısı ilə kifayətlənməyib. İlk onluğa onun üç mahnısı birdən düşüb.

Ən çox dinlənilən müğənni isə Zivert (“Life” treki) olub.

Reytinqə yalnız 2018-2019-cu ildə işıq üzü görən əsərlər daxil edilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri