Dek
2019
12:03
87
9
2261
Virtual karabakh

Almaniyada 40 il əvvəl oğurlanmış rəsm əsərləri tapıldı

7 Dek, 2019
12:03
2261

Almaniyada 40 il əvvəl oğurlanmış rəsm əsərləri tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1979-cı ildə Almaniyanın Frindeştayn qəsrində yerləşən muzeydən beş rəsm əsəri oğurlanıb. Bu ölkə tarixində incəsənət əşyalarının ən böyük oğurluq hadisəsi olub.

“İnterfax” məlumat verir ki, Qota şəhərinin meri oğurlanmış sənət əsərlərinin “leqallaşdırılması” ilə məşğul olan vəkillə gizli danışıqlar aparıb.

Vəkil bildirib ki, rəsmlərim “varislərini” təmsil edir və beş sənət əsərinə görə 5,25 milyon avroya satır. 

Hazırda vəkil və sifarişi həyata keçirən şəxs haqqında cinayət işi açılıb. Sənət əsərləri Berlin Dövlət Muzeyinin laboratoriyasına təhvil verilib. Mütəxəssislər rəsmlərin orijinallığını yoxlayır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri