25 
İyl
2014
12:17
49
4
1703
yuxarı
Kaliforniyada Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq
Balet ilk dəfə 1952-ci ildə səhnələşdirilib.
Kaliforniyada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq.
Oxu.Az-ın məlumatına görə, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AzərTAc-a bildiriblər ki, bu il oktyabrın 11-də təqdim olunacaq balet San-Diyeqo Teatrının ansamblı tərəfindən ifa ediləcək.
Grossmont simfonik orkestri tərəfindən müşayiət olunacaq baletin premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunur.
Balet ilk dəfə 1952-ci ildə Qara Qarayev tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında səhnələşdirilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Mədəniyyət xəbərləri
15 
Apr
2021
14:54
Samirə Əfəndi “Avroviziya” barədə: “Yeddi il bu qapıları döydüm” - MÜSAHİBƏ
28
178
1776
13 
Apr
2021
03:40
BAFTA mükafatının əsas kateqoriyalar üzrə qalibləri açıqlandı - SİYAHI+FOTO
40
16
1866