10 
Dek
2019
21:40
21
124
4994
Virtual karabakh

Kənd sakini aktyorları soyğunçu sanıb, arxalarınca düşdü - FOTO

10 Dek, 2019
21:40
4994

Kənd sakini aktyorları soyğunçu sanıb, arxalarınca düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin Dorset qraflığında Uinfrit Nyuberq kəndinin sakini çəkiliş qrupunun aktyorlarını mağaza soyğunçuları sayaraq onları saxlamağa cəhd edib.

Bu barədə “Daily Mirror” xəbər verib.

Bildirilir ki, “Hard Road Films” kompaniyası “Perran” filmində səhnə çəkilişi üçün kiçik kənd mağazasını seçir. Soyğun səhnəsini oynamalı olan aktyorlar oğru kimi maskalanaraq “əsəbi” mağaza sahibindən qaçırlar.

Yerli sakinlərdən biri baş verənləri əsl qarət sayaraq, “caniləri” saxlamaq qərarına gəlir və “soyğunçuların” dalınca düşür.

Qeyd edək ki, kamera yolda park edilmiş avtomobildə gizlədildiyi üçün, yoldan keçənlər onu görməyiblər.

Çəkiliş qrupu vaxtında kişini saxlayaraq əslində film çəkildiyini izah edirlər.

“Perran” filminin 2020-ci ildə ekranlara çıxması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri