18 
Dek
2019
22:03
17
131
6682
Virtual karabakh

Şarliz Teron məşhur rejissor tərəfindən məruz qaldığı təcavüzdən danışıb

18 Dek, 2019
22:03
6682

Şarliz Teron məşhur rejissor tərəfindən məruz qaldığı təcavüzdən danışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şarliz Teron  Amerikanın  NPR radiostansiyasına müsahibə verərək, Nikol Kidman və Marqo Robbi ilə birlikdə çəkildiyi “Bombshell” (“Qalmaqal”) filmi barədə danışıb. Filmin süjeti iyirmi işçinin “Fox News” kanalının icraçı direktoru Rocer Eylsi təcavüzdə günahlandırdığı cinsi təcavüz qalmaqalına əsaslanıb.

Reportajda aktrisa 1994-cü ildə “çox məşhur bir rejissor” tərəfindən məruz qaldığı təcavüz təcrübəsindən danışıb. 

Bu barədə “The Guardian” xəbər verib.

Aktrisanın sözlərinə görə, həmin dönəmlərdə aktyorluq karyerasına yeni başlayıbmış. Dinləməyə şənbə günü axşam getməli olur. Rejissorun evinə  getdikdə isə onu ipək pijamada və əlində içki şüşəsi ilə görüb. 

O, Şarlizin ayağını sığallamağa başladıqda, qadın üzr istəyərək, evdən çıxıb.

“Özümü çox şeydə təqsirləndirirdim – doğru sözlər tapa bilmədiyimə, onu cəhənnəmə göndərmədiyimə, bu vəziyyətdə etməli olduğumuzu düşündüyümüz əməlləri etmədiyim üçün”, - deyə Teron vurğulayıb.

Hadisədən səkkiz il sonra, eyni rejissor Şarlizə yeni rol təklif edib – Aktrisa onsuz da roldan imtina edəcəyini düşünüb, ancaq baş verənləri danışmaq üçün onunla görüşmək istəyib. Bununla belə rejissor səhvini etiraf etməyib, Teron isə özünün onun yeganə qurbanı olmadığını öyrənib.

“Bu, həmişə fiziki hücum, zorlama deyil. Gündəlik həyatda qadınlar daim psixoloji zərər çəkirlər - sözlə, toxunuşla və ya işlərini itirmək hədəsi ilə üzləşərək. Və mən bununla rastlaşmışam”, deyə aktrisa vurğulayıb.

Qeyd edək ki, Nikol Kidman, Şarliz Teron və Marqo Robbinin baş rollarda çəkildikləri “Qalmaqal” filmi dekabrda ekranlara çıxacaq. Film real hadisələr əsasında çəkilib. Süjet “Fox News” telekanalı və onun baş direktoru Rocer Eyls haqqındadır. 2016-cı ildə Eyls işçiləri tərəfindən seksual təcavüzdə ittiham olunub və istefa verməyə məcbur olub. Hadisələr Xarvi Vaynşteynin əhvalatından və #MeToo hərəkatından bir il qabaq cərəyan edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri