24 
Dek
2019
13:10
153
21
4407
Virtual karabakh

Alim Qasımov Türkiyənin məşhur şoumeninin reytinqli proqramında - FOTO

24 Dek, 2019
13:10
4407

Alim Qasımov Türkiyənin məşhur şoumeninin reytinqli proqramında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova türkiyəli müğənni Yavuz Bingöllə birgə duet oxuyacaq.

Oxu.Az xəbər verir ki, duet sabah Türkiyədə II Beynəlxalq Xalq Musiqisi Festivalı ilə bağlı keçirilən konsertdə səsləndiriləcək.

Hansı mahnıya duet oxunacağı isə açıqlanmayıb.

Eyni zamanda, Alim Qasımov və Fərqanə Qasımova Yavuz Bingöllə birlikdə Türkiyənin məşhur şoumeni və aparıcısı Okan Bayülgenin qonağı olub. Proqramın nə vaxt yayımlanacağı bilinmir.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən festival bu gündən İstanbulda Bəyoğluda “Grand Pera”da start götürəcək.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri