26 
Dek
2019
12:16
14
122
2966
Virtual karabakh

Xanəndələr Yeni ili harada qarşılayacaq? - SORĞU

26 Dek, 2019
12:16
2966

Xanəndələr Yeni ili harada qarşılayacaq? - SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin bitməsinə sayılı günlər qalıb. Məşhurların bir çoxu Yeni ili xaricdə, bəziləri isə ölkəmizdə keçirməyi planlaşdırır. 

Oxu.Az xanəndələr arasında Yeni ili harada, kiminlə qeyd etdəcəkləri ilə bağlı sorğu keçirib.

Xalq artisti Aygün Bayramova Yeni ili Azərbyacanda qeyd edəcəyini bildirib:

“Əslində, planımız başqa idi. Amma xaricdən qonaqlarımız gəldiyi üçün Yeni ili Azərbaycanda keçirməyə məcbur qaldıq.

Ümumiyyətlə, Yeni ildə xarici ölkələrdə çox olmuşam. Hamısından yaxşısı öz ölkəmizdə olmaqdır. Azərbaycan ən gözəlidir. Həm də artıq ölkəmizdə gözəl məkanlar və yerlər var. Bu səbəbdən ölkəmizdə Yeni ili keçirməyə dəyər”.

 

Əməkdar artist Təyyar Bayramov tədbirlərə əsasən işlərini müəyyənləşdirdiyini deyib:

“Bu il səfərim yoxdur. Azərbaycanda olacam. Sənət insanları tədbirlərə görə işlərini müəyyənləşdirir. İşimiz budur. Bu il də çoxlu tədbirlərim var. Əgər ekstra bir iş çıxmasa, Yeni il gecəsi evdə ailəmlə olacam”.

 

Xalq artisti Gülyanaq Məmmədova Yeni ili övladları ilə birlikdə keçirəcəyini vurğulayıb:

“Hələlik bilmirəm. Amma bu il xarici ölkələrə səfərim yoxdur. Bayram axşamı ailəmlə, övladlarımla birlikdə evimdə olacam”.

 

Xanəndə Babək Niftəliyev bayram axşamı ailəsi ilə olacağını qeyd edib: 

“Bu ili öz ailəmlə keçirəcəm. Neçə illərdir Yeni ili tədbirlərdə oluram. Amma bu il öz ailəmlə olmaq istəyirəm”. 

 

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri