29 
Dek
2019
14:39
59
21
1963
Virtual karabakh

İsfar Sarabski: Azərbaycanlı musiqiçilərlə layihə hazırlamaq təklifi gəlsə, dəyərləndirə bilərik - FOTO

29 Dek, 2019
14:39
1963

İsfar Sarabski: Azərbaycanlı musiqiçilərlə layihə hazırlamaq təklifi gəlsə, dəyərləndirə bilərik - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Warner Music Group” ilə işbirliyi, onlarla müqavilə imzalamaq mənim çoxdankı arzum idi. Çünki dünya şöhrətli musiqiçilər, sevdiyim digər sənətçilər o şirkətlə əməkdaşlıq edir.  

Oxu.Az xəbər verir ki, bunu “Warner Music Group” ilə müqavilə imzalayan ilk azərbaycanlı caz və elektron musiqiçisi, Azərbaycanın Əməkdar artisti, bəstəkar İsfar Sarabski deyib.

“Warner Music Group” ilə müqavilə “Montreux Caz Festivalı”ndan sonra mənim arzularımdan biri idi. Bu müddət ərzində müxtəlif leyblardan bir çox təkliflər alsaq da, onlardan imtina etdik. Çünki öz istədiyimizi gözləyirdik.

Qeyd edim ki, danışıqlar Londonda aparılsa da, Almaniyanın Bremen şəhərində keçirilən “Jazzahead” festivalındakı çıxışımdan müqavilə bağlamaq təklifi aldım.

Ümumiyyətlə, iştirakçıların seçilməsi ciddi qaydalara əsasən aparılır. 300 komandadan 17-18-i seçilib, 45 dəqiqə növbə ilə səhnəyə çıxacaqlar.

Əməkdaşlığımız çərçivəsində iki albom hazırlayıb, Avropada konsertlər verəcəyik. Albomların dünyada yayılması leyblin PR komandası tərəfindən idarə ediləcək.

Müqavilə şərtlərinə əsasən, ilk albom caz janrında olacaq. 2020-ci ilin iyunun 11-12 ərəfəsində da Hamburqda caz albomum təqdim olunacaq.  Albomdan öncə iki sinql parça gözlənilir. Fevral ayından isə başlayaraq müxtəlif festivallarda iştirak edib,Avropanın bir çox şəhərlərində konsert proqramı ilə çıxışlar edəcəm. Artıq konsertlərin bütün biletləri satılıb. Eyni zamanda, şirkətlə əməkdaşlıq çərçivəsində “Qarabağın Atları” adlı yeni mahnımız da yazılıb”, - deyə İsfar Sarabski bildirib.

İsfar Sarabski ikinci albomun elektron musiqi janrında olacağını deyib:

“Həmin albom 2020-ci ilin sonunda təqdim ediləcək. İlk sinqllar isə 2020-ci ilin avqust-sentyabr aylarında çıxacaq”.

Bəstəkar qeyd edib ki, gələcəkdə azərbaycanlı musiqiçilərlə əməkdaşlıq edib, yeni layihələr hazırlaya bilər:

“Hazırda belə bir layihə və ya təkliflər yoxdur. Amma təkliflər olduğu zaman dəyərləndirə bilərik”.

Qeyd edək ki, bu səsyazma leyblının musiqiçilər siyahısında Areta Franklin, Edit Piaf, “The Doors”, Bred Mehldau, Neil Yanq, Michael Buble, Phil Collins, Avishai Cohen, David Guetta, JAZ-Z, Muse,“Deep Purple”, “Bee Gees”, Devid Boui, Alis Kuper, Erik Klepton, “Blur”, “Liam Gallagher”, “Daft Punk”, “Gorillaz”, “Green Day”, Bruno Mars və digər tanınan şəxslər var.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri