30 
Dek
2019
15:41
9
103
3369
Virtual karabakh

Aktyorlar Yeni ili harada qarşılaycaq? - SORĞU

30 Dek, 2019
15:41
3369

Aktyorlar Yeni ili harada qarşılaycaq? - SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili hər kəs özünəməxsus şəkildə qarşılayacaq.  

Bəs aktyorlar Yeni ili harada, kiminlə qeyd edəcəklər?

Oxu.Az mövzu ilə bağlı aktyorlar arasında sorğu keçirib.

Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, Yeni ili Bakıda ailəsi və dostları ilə birlikdə qeyd edəcək: “Bakıda olmaq dünyanın ən gözəl yerlərində olmaqdan daha önəmlidir. Çünki burada mənim dostlarım, ailəm, övladlarım və sevdiyim insanlar var. Xarici ölkələrə hər zaman getmək olar. Amma bayramı həmişə evində qeyd etmək lazımdır. Bundan gözəl nə ola bilər?”

Xalq artisti Firəngiz Mütəllimova da Yeni ili öz evində keçirəcəyini bildirib: “Bayramı öz evimdə, doğmalarımla birgə keçirəcəyəm. Mənim Yeni ildə evdə olmaqdan xoşum gəlir. Neçə illərdir bu ənənə davam edir. Harasa getsək belə, Yeni il gecəsi evdə oluruq”.

Əməkdar artist Kəmalə Müzəffər də həmkarları ilə eyni fikirdədir: “Yeni ili həmişə öz evimdə, övladlarımla birgə qeyd etmişəm. Bu il də evdə, ailəmlə olacam”.

Xalq artisti Ramiz Məlik və Xalidə Quliyeva da bayramı evdə ailəsi ilə qeyd edəcəyini bildiriblər.

Sevinc Yasinqızı 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri