Yan
2020
15:28
137
76
3688
Virtual karabakh

Bakıda “İsanın mövludu” - FOTOREPORTAJ

7 Yan, 2020
15:28
3688

Bakıda “İsanın mövludu” - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yaşayan pravoslavlar Milad bayramını qeyd ediblər.

Oxu.Az-ın məlumatına görə, Bakıda Pravoslav xristianları yanvar ayının 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.

Bu bayram xristianlıqda ən önəmli günlərdən hesab olunur və Miladda ənənəyə uyğun olaraq İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsi qeyd edilir.

Bayramla əlaqədar Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib, bayram ayinləri yerinə yetirilib.

Milad bayramının əsas qayəsi sevgi, sülh, bağışlamaqdır. Milad bayramı münasibətilə təşkil edilən dini mərasimlərdə iştirak yeni dövrün başlanğıcını simvolizə etdiyinə görə xristianlar üçün xüsusi əhəmiyyət daşıyır.

Həmin günün şərəfinə süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi düzülür. Süfrəyə düzülən yeməklərin hər birinin dadına baxmaq isə mütləq hesab edilir. Masada canlı alov - şam yanır. 

Müqəddəs gecənin ən başlıca yeməyi isə buğdadan hazırlanan kutya hesab edilir. Amma kutyanın hazırlanmasında üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir.

Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.

Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri