11 
Yan
2020
18:14
103
61
6595
Virtual karabakh

Rekord qazanan filmin aktyoru saxlanıldı - VİDEO

11 Yan, 2020
18:14
6595

Rekord qazanan filmin aktyoru saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Coker” filminin baş rol ifaçısı amerikalı aktyor Hoakin Feniks saxlanılıb. Bu barədə CNN telekanalı xəbər yayıb.

Bildirilir ki, aktyor iqlim dəyişikliklərinə etiraz aksiyası zamanı tutulub. Bununla bağlı yayımlanan kadrlarda onun hüquq mühafizəçiləri tərəfindən aparılması görüntülənib.

Fenikslə birlikdə amerikalı aktyor və kinorejissor Martin Şin də saxlanılıb.

Qeyd edək ki, Hoakin Feniks “Coker” roluna görə “dramatik kinoda ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus” mükafatını alıb.

“Coker” filmi dünya prokatlarında bir milyard dollar toplayıb ki, bu da böyük reytinqli filmlər üçün mütləq rekord sayılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri