22 
Yan
2020
11:19
107
20
1935
Virtual karabakh

Moskvada qədim Azərbaycan xalçalarının sərgisi keçiriləcək

22 Yan, 2020
11:19
1935

Moskvada qədim Azərbaycan xalçalarının sərgisi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva şəhərində yerləşən Şərq Muzeyində 5 fevral-1 mart tarixləri aralığında “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Moskva meriyasının saytında məlumat verilib.

Ekspozisiya mühüm tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etdiyini izah edəcək.

Sərgidə 40 eksponat nümayiş olunacaq.

Bunların içərisində Azərbaycan Milli Xalça Muzeyinin (Bakı) kolleksiyasında olan 1920-1970-ci illərin xalçaları, “Marcani” fondunun (Moskva) təqdim etdiyi plakatlar, habelə Şərq Muzeyinin kolleksiyasından yığılmış inqilabi dövrün tikmə və eskizləri sərgiyə gələnlərin ixtiyarına veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri