Fev
2020
18:53
308
35
6324
Virtual karabakh

Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”

4 Fev, 2020
18:53
6324

Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunduğumu sizdən eşidirəm. 

Bunu “Report”a açıqlamasında sabah 90 yaşı tamam olan Xalq artisti Əlibaba Məmmədov deyib.

O, təltif edilməsinə görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib:

“Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Onlar hər zaman mənim sənətimə yüksək qiymət veriblər. Bu diqqət və qayğıdan çox razıyam. Bunu heç vaxt unutmamışam, heç vaxt da unutmayacağam. Sağ olsunlar”.

Xalq artisti səhhəti ilə bağlı da danışıb: 

“Yaşla əlaqədar səhhətimdə bəzi çətinliklər var, amma özümü yaxşı hiss edirəm. 90 yaşlı adam necə olarsa, mən də eləyəm”.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 1930-cu ilin fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Sabah onun 90 illik yubileyidir.

Prezident İlham Əliyev fevralın 4-də Əlibaba Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri