Fev
2020
01:45
48
43
4605
Virtual karabakh

“The Matrix-4” filminin çəkilişlərindən ilk kadrlar mediaya sızıb - VİDEO

7 Fev, 2020
01:45
4605

“The Matrix-4” filminin çəkilişlərindən ilk kadrlar mediaya sızıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

San-Fransiskoda kanadalı aktyor Kianu Rivzin iştirakı ilə məşhur “The Matrix” kinofranşizasının dördüncü hissəsinin çəkilişləri gedir. Pərəstişkarlar çəkiliş prosesindən ilk kadrları sosial şəbəkədə paylaşıblar.

Bu barədə “Life” xəbər yayıb.

Foto və videolar Nort Biç rayonunda çəkilib. Kadrlardan belə aydın olur ki, “The Matrix-4”də Neo adət etdiyimiz kimi qara plaş və qara papaqda deyil, yeni obrazda çıxacaq. Çəkilişlərdə o adi cins, yaşıl pencək və qara papaqdadır.

Rivzin yanında franşizanın müəlliflərindən biri Lana Vaçovskinin olması çəkilişlərin məhz “The Matrix” filminə aid olmasını göstərir.

Qeyd edək ki, döyüş filminin dördüncü hissəsi 2021-ci ilin may ayında ekranlarda görünəcək. Lana Vaçovskiy ssenarini həmmüəliflər Aleksandr Xemon və Devid Mitçellə birlikdə yazır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri