18 
Fev
2020
15:13
61
36
3606
Virtual karabakh

Nikol Kidmanın dublyoru quldurluq edərkən güllələndi - FOTO

18 Fev, 2020
15:13
3606

Nikol Kidmanın dublyoru quldurluq edərkən güllələndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktrisa-kaskadyor Şeril Sanders və əri Riçard Riç Sander ABŞ-ın Ohayo ştatında Qrin dairəsində qətlə yetirilib.

Bu barədə “The Independent” xəbər yayıb.

Lindsi Dankan adlı şəxs 59 yaşlı aktrisa və 56 yaşlı ərini güllələyib. O bildirib ki, cütlük ona və arvadı Molliyə pusqu qurduğu üçün bu yola əl atıb.

“Onlar bir söz demədən bizə atəş açmağa başladılar”, - deyə Molli bildirib. Dankan əlavə edib ki, üzündə maska olan hücumçulardan biri tapançanı onun arvadının başına tuşlayıbmış.

“Sonra baş verənlər sadəcə instiktiv olub”, - deyə o, əlavə edib.

Qətl aktrisanın keçmiş ərinin evinin yaxınlığında olub. Sanders qızının universitet məsələlərini müzakirə etmək üçün ora gedirmiş.

Polis idarəsindən bildirilib ki, əri Dankan tərəfindən güllələndikdən sonra Sanders cinayət yerinə çatıb. Qadının da silahlı olduğu vurğulanıb.

Hadisə ilə bağlı istintaqa başlanılıb. Polis öz hesabatında hadisəni artıq “özünümüdafiə məqsədiylə qətl” kimi qiymətləndirib.

Şeril Sanders Nikol Kidman, Sandra Bullok, Kemeron Dias və Cesika Alba kimi aktrisaların dublyoru kimi işləyib. O, “Back to the Future Part II”, “Die Hard 2”, “Charlies Angels” və “Lethal Weapon” filmlərində çəkilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri