14 
Mar
2020
13:27
337
38
2158
Virtual karabakh

Rusiyanın “Birinci kanal”ı “Müslüm Maqomayev günü” keçirir

14 Mar, 2020
13:27
2158

Rusiyanın “Birinci kanal”ı “Müslüm Maqomayev günü” keçirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şənbə günü, martın 14-də Rusiyanın “Birinci kanal”ı “Müslüm Maqomayev günü” keçirəcək.

Telekanalın saytında yerləşdirilmiş məlumata görə, tamaşaçılar SSRİ Xalq artisti barədə “Net solntsa bez tebya” (“Sənsiz günəş yoxdur”) adlı sənədli filmə, Maqomayevin anadan olmasının 75 illiyinə həsr olunmuş böyük konsertə, “Eksklüziv” proqramına və “Bu gecə” tok-şousunun buraxılışına baxa biləcəklər.

“Müslüm Maqomayev. Sənsiz Günəş yoxdur...” sənədli filmi Moskva vaxtı ilə saat 10:15-də (Bakı vaxtı ilə 11:15-də - red.) efirə çıxıb.

Saat 14:45-də isə (Bakı vaxtı ilə 15:45 - red.) “Birinci kanal” görkəmli müğənni, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş və 2017-ci ildə Kreml Sarayında keçirilən konsertin televiziya versiyasını təkrarlayacaq.

“Eksklüziv” proqramı Moskva vaxtı ilə saat 17:50-də yayımlanacaq (Bakı vaxtı ilə 18:50-də - red.). Proqramın qəhrəmanı Müslüm Maqomayevin uzun illərdir xaricdə yaşayan qızı Marina Maqomayeva olacaq. Verilişdə o, öz həyatı və dahi atası haqqında danışacaq.

Saat 19:30-da (Bakı vaxtı ilə 20:30 - red.) “Birinci kanal” ictimaiyyətin sevimlisi, əfsanəvi müğənnini yad edən “Bu gecə” şousunun buraxılışını nümayiş etdirəcək. Şouda Müslüm Maqomayevin dostları, yaxınları və doğmaları studiyaya toplaşacaq, onların arasında Maqomayevin həyatının sevgisi, həyat yoldaşı və ilham mənbəyi Tamara Sinyavskaya da olacaq. Onlar Müslüm Maqometoviçin necə insan olmasından danışacaq, həyatının parlaq məqamlarını xatırlayacaq və əlbəttə ki, onun ən yaxşı mahnılarını ifa edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri