19 
Mar
2020
17:04
59
186
5128
Virtual karabakh

“Taxt-tac oyunları”nın daha bir ulduzu koronavirusa yoluxdu - FOTO

19 Mar, 2020
17:04
5128

“Taxt-tac oyunları”nın daha bir ulduzu koronavirusa yoluxdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Taxt-tac oyunları” serialı ilə məşhurlaşan britaniyalı aktrisa İndira Varma koronavirusa yoluxub.

Bu barədə o, özünün “Instagram” səhifəsində bəyan edib.

“Hazırda buna görə yataqdayam və bu, heç yaxşı hal deyil. Özünüzü qoruyun, özünüzə və yaxınlarınıza qarşı mehriban olun”, - deyə o bildirib.

O vurğulayıb ki, Anton Çexovun “Qağayılar” tamaşasında oynayırdı, lakin virusa görə səhnələşdirmə təxirə düşüb. 

Qeyd edək ki, bundan əvvəl elə həmin serialın aktyoru Kristofer Xivyu koronavirusa yoluxduğunu elan etmişdi. O, müalicə müddətində evində təcrid vəziyyətində yaşayacağını bildirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri