21 
Mar
2020
17:41
54
348
14347
Virtual karabakh

Məşhur aktyora Meqan Marklla cinsi əlaqəsindən danışmaq üçün 70 min dollar təklif edildi

21 Mar, 2020
17:41
14347

Məşhur aktyora Meqan Marklla cinsi əlaqəsindən danışmaq üçün 70 min dollar təklif edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya şahzadəsi Harrinin xanımı Meqan Marklla münasibətlərindən danışması üçün “Scary Movie” filmləri ilə məşhurluq qazanan amerikalı aktyor Saymon Reksə külli miqdarda pul təklif edilib.

Karyerasının əvvəllərində pornoqrafik filmlərdə çəkilən 45 yaşlı aktyor bunu “Hollywood Raw” nəşrinə etirafında bəyan edib.

Reks bildirib ki, həqiqətdə onun heç vaxt Marklla eşq münasibətləri olmayıb:

“Bizim aramızda heç nə olmayıb. Heç öpüşməmişik də. Bir dəfə gəzməyə çıxmışıq. Ancaq bu görüş deyildi. Sadəcə, teleşouda onunla tanış oldum və bir yerdə şam etdik”.

Aktyorun sözlərinə görə, Marklla cinsi münasibətdə olduğu barədə yalan etiraf üçün britaniyalı jurnalistlər ona 70 min dollar (119 min AZN) təklif ediblər. Aktyor isə hesab edib ki, onun yalan danışmaq və kral ailəsini rüsvay etmək hüququ yoxdur.

Qeyd edək ki, amerikalı aktrisa Meqan Markl və Britaniya şahzadəsi Harri 2018-ci ilin may ayında evləniblər. Bu nikah bütün dünyada böyük müzakirələrə səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri