Apr
2020
16:25
35
112
2145
Virtual karabakh

Muzeyləri evdə “gəzə” biləcəyik - VİDEO

6 Apr, 2020
16:25
2145

Muzeyləri evdə “gəzə” biləcəyik - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət Nazirliyi və Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların evdə qalarkən vaxtlarının daha faydalı təşkili məqsədilə növbəti maraqlı layihəyə start verib. 

“Evdə qal və evdə öyrən” çağırışı ilə Bakı şəhərində yerləşən muzey və sərgi komplekslərinə virtual səyahət formatında olan bu layihə vətəndaşların evdə qalarkən vaxtlarını daha səmərəli və maraqlı keçirməsini, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasını ehtiva edir.

Təşəbbüs çərçivəsində ilk virtual tur Heydər Əliyev Mərkəzində yerləşən muzeyə təşkil edilib.

Virtual tur zamanı seyirçilərə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən və dövlətçilik tariximizin mühüm nümunələri olan eksponatlar, videomateriallar, fotoşəkillər və sənədlər nümayiş etdirilib.

Azərbaycanın bir sıra aparıcı muzeylərini əhatə edəcək layihə vətəndaşların və xüsusilə də gənclərin mənəvi cəhətdən zənginləşməsinə, fərdi inkişafına və biliklərini artırmasına xidmət edəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri