16 
Apr
2020
08:41
21
330
8595
Virtual karabakh

Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi - VİDEO

16 Apr, 2020
08:41
8595

Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın məşhur aktyor və rejissoru Rafiq Əliyev vəfat edib.

Bu barədə Oxu.Az-a R.Əliyevin qohumları bildirib.

Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub.

1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinifinə gedib, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin rejissorluq bölməsinə daxil olub.

1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağrılıb və üç il hərbi xidmət edib. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə qəbul olunub, 1970-ci ildə oranı bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.

Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaradıb. Bunlardan “Bumbaraş”da Bumbaraş, “Üç muşketyor”da Aramis, “Təmas”da Andrey, “Müsyö Jordan və Dərviş Məstəli Şah”da Hatəmxan ağa, “Buratino”da Karabas-Barabas, “Buraxılış gecəsi”ndə Gena, “Müfəttiş”də Dobçinski, “Keçən ilin son gecəsi”ndə Süleyman, “Quyu”da Akif və başqa obrazları qeyd etmək olar. Aktyorun yaratdığı Akif obrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rolu elan edilib.

1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. Həmin teatrın səhnəsində “Blez”, “Qar qız və yeddi cırtdan”, “Bir dəfə Braziliyada”, “Donaldın qeyri-adi sərgüzəştləri”, “Nəsrəddin”, “Sarıköynək günəşi necə gətirdi”, “Hind fantaziyası”, “Şəhərli kürəkən”, “Krokodil Genanın məzuniyyəti”, “Arzuları gerçəkləşdirən”, “Sirr”, “Çimnaz xanım yuxudadır” əsərlərinə maraqlı quruluşlar verib və bu tamaşalar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Rafiq Əliyev Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülüb. O, 2005-ci ildə “Humay” ictimai milli mükafatını alıb.

31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Allah rəhmət eləsin!

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri