16 
Apr
2020
14:48
32
88
1547
Virtual karabakh

Evdə qal və muzeylərə səyahət et

16 Apr, 2020
14:48
1547

Evdə qal və muzeylərə səyahət et

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət Nazirliyi və Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxı yayımlanıb.

“Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək, vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır. 

Layihə çərçivəsində növbəti səyahət dövlətçilik tariximizin ilk muzeyi olaraq xalqımızın istiqlalı uğrunda apardığı mübarizəni nümayiş etdirən Azərbaycan İstiqlal Muzeyinədir. İstiqlal muzeyinin mədəni varisi kimi, müstəqilliyimizlə həmyaşıd olan Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasında nadir sənədlər, fotolar, şəxsi kolleksiyalar, numizmatika nümunələri saxlanır.

Muzey təkcə İstiqlal tarixini əks etdirən nümunələrin saxlanc yeri kimi çıxış etmir, həm də tariximizi hərtərəfli araşdırır və təqdim edir.

Azərbaycan İstiqlal Muzeyinə virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri